Tramp Şençjenə gəldi: Onu hava limanında Si Cinpin qarşıladı

ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərinə gəlib. Onu hava limanında Çin lideri Si Cinpin qarşılayıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Sherg.az xəbər verir ki, noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu çərçivəsində Donald Tramp, Vladimir Putin və Si Cinpinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi planlaşdırılır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dünya güclərinin liderləri bu gün axşam saatlarında təntənəli qəbul zamanı da görüşəcəklər.

Rusiya liderinin köməkçisi Yuri Uşakov isə bildirib ki, görüşün formatından asılı olmayaraq, Putin və Tramp APEC sammiti çərçivəsində hərtərəfli müzakirələr aparacaqlar.