Trampdan 1,5 trilyon dollarlıq rekord büdcə: Müharibə, müharibə, yenə müharibə...

Bu, əvvəlki illə müqayisədə ciddi artım deməkdir

ABŞ Prezidenti Donald Tramp administrasiyası 2027-ci maliyyə ili üçün təxminən 1,5 trilyon dollarlıq müdafiə büdcəsi tələb edir. Bu, əvvəlki illə müqayisədə ciddi artım deməkdir.

Məlumata görə, büdcə əsasən hərbi avadanlıq, raket müdafiəsi, yeni nəsil qırıcı təyyarələr və donanma layihələrinə yönəldiləcək. Xüsusilə “F-47” proqramı və “Qızıl Qübbə” hava müdafiə sistemi üçün milyardlarla dollar ayrılması planlaşdırılır.

Bundan əlavə, ABŞ ordusu raket ehtiyatlarını bərpa etmək üçün THAAD, Patriot və digər raket sistemlərinin alışını bir neçə dəfə artırmağı hədəfləyir.

Tramp isə çıxışında müdafiə xərclərini önə çəkərək sosial sahələrə münasibətdə sərt mövqe sərgiləyib və “müharibə şəraitində uşaq baxımı kimi sahələrə əlavə vəsait ayırmaq mümkün deyil” deyib.

Büdcə hələlik layihə mərhələsindədir və Konqres tərəfindən dəyişdirilə bilər.