ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib, lakin razılaşma əldə olunmasa bunun “ağrılı nəticələri olacağını” deyib.
Tramp İranın Hörmüz boğazı vasitəsilə neft daşımalarına münasibətini tənqid edərək bildirib ki, Tehran tanker keçidinə maneələr yaradır və ya ödəniş tələb edir. Onun sözlərinə görə, bu vəziyyət “razılaşmaya uyğun deyil”.
ABŞ Prezidenti həmçinin İranın qapalı danışıqlarda daha yumşaq, ictimaiyyət qarşısında isə daha sərt mövqe sərgilədiyini iddia edib.
Tramp əlavə edib ki, bölgədə neft axını İranın iştirakı ilə və ya onsuz davam edəcək.