ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh sazişi imzalamasını istədiyini bildirib.
“Mən Zelenski ilə bir çox müxtəlif məsələlər barədə razılığa gəlmişəm və bu məsələlərin əksəriyyətində aramızda çox böyük həmrəylik var. Amma bilirsiniz, mən ondan nə istəyirəm? Onun razılaşma əldə etməsini istəyirəm”, - deyə Ağ Evin rəhbəri jurnalistlərə bildirib.
Sherg.az xəbər verir ki, Respublikaçı siyasətçinin sözlərinə görə, o, Ukrayna ilə bağlı sülh sazişinin imzalanması üçün Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə razılığa gəlməsini istəyir.
Ağ Evin rəhbəri daha əvvəl Ukrayna üzrə sülh razılaşmasının kimə sərfəli olacağını da açıqlayıb. Trampın sözlərinə görə, münaqişənin nizamlanması həm Moskvanın, həm də Kiyevin maraqlarına uyğun olacaq.
Daha əvvəl Zelenski Ukrayna ilə Rusiya arasındakı münaqişənin qışa qədər başa çatacağına ümid etdiyini bildirib. O qeyd edib ki, Ukrayna tərəfi hərbi əməliyyatları qış mövsümü başlamazdan əvvəl dayandırmaq istəyir. Kiyev bu istiqamətdə ABŞ-la birlikdə fəaliyyətini davam etdirir.