ABŞ Prezidenti Donald Trampın İranla mümkün sülh sazişi İsrailin Baş naziri Benjamin Netanyahu üçün ciddi siyasi problem yarada bilər. Bu barədə Axios nəşri məlumat yayıb.
Sherg.az xəbər verir ki, məlumata görə, ABŞ administrasiyasında bəzi rəsmilər Netanyahunu gələcək sülh razılaşmalarına mane ola biləcək fiqur kimi qiymətləndirirlər. Nəşrin həmsöhbətlərinin fikrincə, Vaşinqton və Tehran arasında mümkün razılaşma İsrail baş nazirinə qarşı tənqidlərin artmasına səbəb ola bilər.
"Axios"un yazdığına görə, Netanyahu ilə telefon danışığında ABŞ Prezidenti Donald Tramp müharibənin başa çatdırılmasının vaxtı çatdığını və mümkün sazişi “əla razılaşma” adlandırıb.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı iddiaları təkzib edərək bildirib ki, hələlik yekun razılıq əldə olunmayıb.