Trampla Zelenski arasında baş tutan telefon danışığına Mask da qatılıb
Yusif Nəzərli
08:42 09.11.2024
Gündəm
383
ABŞ prezident seçkilərində qalib gələn Donald Trampa yaxınlığı ilə tanınan milyarder iş adamı İlon Maskın Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığına qatıldığı bildirilib.
Sherg.azxəbər verir ki, Amerikanın CNN kanalında danışıqlar haqqında məlumatı olan adı açıqlanmayan mənbəyə görə, Mask Tramp və Zelenski arasında telefon danışığında iştirak edib.
Qeyd olunur ki, seçki kampaniyası zamanı prezident olacağı təqdirdə Rusiya-Ukrayna müharibəsinə son qoyacağını vəd edən Trampın noyabrın 6-da Zelenski ilə dialoqu regionda hadisələrin gedişi üçün mühüm əhəmiyyət kəsb edib.
Starlink peykləri ilə Ukraynanı internetlə təmin edən Maskın Rusiya-Ukrayna müharibəsi kontekstində bölgədəki prosesləri yaxından izlədiyi bildirilir.
Ukrayna prezidenti Zelenski X hesabında dialoqla bağlı paylaşımında, "Onun böyük kampaniyası bu nəticəni mümkün etdi. Mən onun ailəsini və komandasını böyük işlərinə görə qiymətləndirirəm" deyib.
Zelenski iki ölkə arasında sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiklərini bildirib və “ABŞ-ın güclü və sarsılmaz rəhbərliyinin dünya və ədalətli sülh üçün həyati əhəmiyyət kəsb etdiyini” vurğulayıb.
Seçki kampaniyası zamanı milyonlarla dollar ianə edərək Trampa açıq dəstək verən Maskın yeni kabinetdə çalışa biləcəyi iddia edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm