Türkiyə-İsrail ssenarisi: ABŞ NATO-dan çıxmaqla yeni müharibəyə hazırlaşır?

Kent Ağ Evi Yaxın Şərqdə “həm od vuran, həm də yanğını söndürən kimi davranmağı” dayandırmağa çağırıb

ABŞ Milli Antiterror Mərkəzinin keçmiş direktoru Co Kent cümə axşamı bildirib ki, müəyyən amil ABŞ üçün Şimali Atlantika Alyansından çıxmaq üçün əsas ola bilər.

Kent hesab edir ki, ABŞ-nin NATO-dan çıxması xarici münaqişələrdən yayınmaq məqsədi daşımayacaq, əksinə, Suriyada Türkiyə ilə İsrail arasında mümkün gələcək toqquşmada İsrailin tərəfini tutmaq üçün edilə bilər. Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin "Turkiye Today" nəşri yazır. Kent X sosial şəbəkəsində paylaşımında qeyd edib:

“Təəssüf ki, NATO-dan çıxmaq xarici öhdəliklərdən qaçmağa kömək etməyəcək. Biz NATO-dan çıxacağıq ki, Türkiyə ilə İsrail sonda Suriyada toqquşanda İsrailin tərəfində dayanaq.”

O əlavə edib ki, bu vəziyyət ABŞ-nin “Suriyada dünyəvi hökumətin devrilməsinə kömək etməsindən və prezident postuna "Əl-Qaidə" -İŞİD-in keçmiş liderlərindən birinin gətirilməsindən” sonra baş verə bilər.

Bundan əlavə, Kent Ağ Evi Yaxın Şərqdə “həm od vuran, həm də yanğını söndürən kimi davranmağı” dayandırmağa çağırıb və “buna dəymədiyini” bildirib.

Onun bu açıqlaması ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun alyansdakı rolunu yenidən nəzərdən keçirməklə bağlı hədələri fonunda səsləndirilib.

Qeyd edək ki, hər iki təşkilat terrorçu kimi tanınıb və fəaliyyəti qadağandır.