Türkiyə Prezidenti: "Verdiyimiz sözə əməl etdik”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələ fəlakətində həyatını itirənlərin unudulmayacağını deyib.

Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 6 Fevral zəlzələlərinin ildönümü münasibətilə mesaj yayımlayıb.

Zəlzələdə həyatını itirənlərin unudulmayacağını vurğulayan Ərdoğan bildirib:

“Onların xatirələrini qəlbimizdə və yaddaşımızda daim yaşadacağımıza, əmanətlərinə sahib çıxacağımıza, zəlzələdə dağılan şəhərlərimizi yenidən ayağa qaldıracağımıza dair millətimizə söz verdik”.

Zəlzələdən zərər çəkmiş şəhərlərdə aparılan tikinti işlərinə diqqət çəkən Ərdoğan deyib:

“Bu gün Allahın izni ilə bunun öhdəsindən gəldik, cəmi 3 il qısa müddətdə şəhərlərimizi yenidən qurduq və dirçəltdik. Verdiyimiz sözə əməl etdik”.

Ərdoğan paylaşımında zəlzələ fəlakətinin baş verdiyi günlərə və aparılan yenidənqurma işlərinə dair görüntülərin yer aldığı videoya da yer verib.