Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Sherg.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, söhbət zamanı bölgədəki son vəziyyət və müharibənin gedişi müzakirə olunub.