Türkiyədə çimərlikdə mənşəyi naməlum pilotsuz aparat tapılıb

Türkiyənin Bartın və Kastamonu vilayətlərinin sərhədində yerləşən Kapısuyu çimərliyində mənşəyi naməlum olan pilotsuz uçuş aparatı aşkarlanıb.

Sherg.az xəbər verir ki, məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda pilotsuz aparatın hansı ölkəyə və ya quruma məxsus olduğu, eləcə də çimərliyə necə düşdüyü araşdırılır.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Samsun şəhərində qəzaya uğramış pilotsuz aparat tapılmışdı. Yerli KİV-lərin məlumatına görə, həmin aparatın Ukraynaya məxsus "Maya" tipli dron olduğu müəyyən edilmişdi.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırmalar davam edir.