Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilir.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, iclas Prezident Administrasiyasının iqamətgahında keçirilir.
İclasda parlamentə təqdim olunan "Terrorsuz Türkiyə" qanun layihəsi, terror təşkilatının silahı yerə qoyması prosesi və bununla bağlı kəşfiyyat məlumatları müzakirə olunur.
Bununla yanaşı, terrorla mübarizə tədbirləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdədir.
Həmçinin müzakirələrdə ABŞ ilə İran arasında davam edən gərginliklə bağlı diplomatik təşəbbüslərin, Qara dənizdə gəmiçilik təhlükəsizliyinin qiymətləndirilməsi gözlənilir.
İclasda Kiprdəki son vəziyyət, Suriya və İraqdakı hadisələr, eləcə də İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatların da müzakirə olunacağı bildirilir.