Türkiyənin nəqliyyat və infrastruktur nazirindən “Haber Global”a Zəngəzur dəhlizi açıqlaması - VİDEO
Yusif Nəzərli
09:20 05.11.2022
Gündəm
434
“Hazırda Gürcüstanla problemlər var, ancaq alternativ də var. Məsələn, Zəngəzur dəhlizi. Orada dəmiryoluna, quru yoluna investisiyalar qoyulduğu zaman, Naxçıvan üzərindən də ayrı bir investisiya ilə Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) həmin hissəsindən yan keçmək gündəmdədir. Hazırda bunlar müzakirə edilir”.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu “Haber Global” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, nəqliyyat infrastrukturu həm də qlobal güc müharibəsidir.
“Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra gəlinən razılıqda əslində bir çərçivə çəkilib. Orada həm dəmiryolunu, həm də quru yolunu özündə ehtiva edən 5 km-lik təhlükəsiz dəhliz nəzərdə tutulub. Dəmiryolu məsələsi Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Ancaq orada “dinamitlər” var: bir tərəfdən Rusiya, digər tərəfdən İran araya girir. Bununla belə, Zəngəzur dəhlizi Azərbaycan üçün çox vacib mövzulardandır. Çünki Azərbaycan bu məsələyə kimi bütün investisiyalarını bitirir”.
Nazir ötən həftə Azərbaycanda olduğunu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəngilan aeroportunun açılışında iştirak etdiyini xatırladıb.
“Nəqliyyat infrastrukturu həm ölkələrin siyasi gücünü pərçimləyir, həm də ticari hərəkətlilik üçün çox mühümdür. Bu səbəbdən belə layihələrin arxasında durmaq və yolunu açmaq lazımdır”, - deyə o, sözlərini yekunlaşdırıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət