Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımın həcmi 200 min tonu keçib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Qəzza ilə bağlı beynəlxalq ictimaiyyəti hərəkət etməyə çağırıb:

“Şərtlər münasib olacağı halda hazır olan mülki (humanitar) gəmimizi də bölgəyə göndərəcəyik”.