Türkmənistan Prezidenti İlham Əliyevə “Dostlug” tankerinə görə təşəkkür etdi

Azərbaycan tərəfindən Türkmənistana "Dostlug" neft tankerinin hədiyyə edilməsi iki ölkə arasındakı qardaşlıq əlaqələrinin mühüm göstəricisi kimi qiymətləndirilib.

Sherg.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Türkmənistan dövlət başçısı bu addıma görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını ifadə edib:

"‘Dostlug’ neft tankerinin hədiyyə olunmasına görə təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul edirik. Bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminəm".