Üçtərəfli bəyanatın detalları: “Kərki və Qazaxın kəndləri... “ – AKTUAL
Fidan Həmişəyeva
08:43 28.12.2020
Gündəm
800
“Zəngəzur-Mehri dəhlizindən keçməklə dəmir yolunun inşası məsələsi də bəyanatın açıqlanmayan detallarına aiddir”
“Qafan şəhərindən Əkərək kəndinə gedən avtomobil yolunun tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçməsi əhəmiyyətli prosesdir”
“Buna Zəngəzura giriş mərhələsi kimi baxmaq lazımdır”
“Bu prosesi Kərki və Qazaxın işğal edilmiş kəndləri ilə bağlı da görəcəyik”
Ermənistanın Qafan şəhərindən Əkərək (Aqarak) kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçib. Bu barədə Qafan meri Gevorq Parsyan parlamentdə çıxışı zamanı bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi Sünik rayonundan 100 metr məsafədə dayanıb: “Qafana qədər məsafə bir kilometrdir. Qafan şəhəri və bir sıra digər yaşayış məntəqələri ətrafındakı strateji əhəmiyyətli yüksəklikləri Azərbaycan tərəfinin nəzarətinə keçib”.
Qeyd edək ki, Azərbaycan Vətən müharibəsində zəfər qazanmaqla tarixi ədalətin bərpasına nail olub. İşğal altında olan torpaqlarımız düşməndən azad edilib. İndi isə Azərbaycanın dövlət sərhədinin tam şəkildə bərpası prosesi gedir.
Tarix boyu məkrli əməllərindən əl çəkməyən ermənilər işğal altındakı rayonlarımızın da sərhədlərində dəyişiklik ediblər. Uzun illər Azərbaycanın işğal altındakı torpaqlarını bir gün mütləq qaytaracağı həqiqətini dərk edən ermənilər bu zaman az da olsa, torpaq “qopartmaq” niyyəti ilə bir sıra yaşayış yerlərini Ermənistanın rayonlarının inzibati bölgüsünə daxil ediblər. Lakin onların bu həmləsi baş tutmur. Çünki döyüş meydanında və siyasi arenada qalib gələn Azərbaycan haqq mübarizəsində düşmənə bir qarış torpağını belə güzəştə getmək niyyətində deyil. Elə Qafan merinin parlamentdə həyəcan təbili çalan çıxışı da Azərbaycanın Ali Baş Komandanının, hərbçilərinin və qalib xalqının qətiyyətini göstərir.
Mövud prosesləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının ictimaiyyət üçün açıqlanmayan bəzi detalları var. Baş verənlərdən sonra belə güman edə bilərik ki, bu detallar içində sərhədlərin dəqiqləşdirilməsi və demarkasiya prosesi yer alıb.
Ekspert vurğulayıb ki, Zəngəzur-Mehri dəhlizindən keçməklə dəmir yolunun inşası məsələsi də bəyanatın ictimaiyyət üçün açıqlanmayan detallarına aiddir:
“Dağlıq Qarabağ və ətrafındakı 7 rayona aid olmayan digər münaqişə ərazilərinin də taleyinə aydınlıq gətirilməlidir. Təxminən son 20 gün ərzində Qubadlı və Zəngilanın ərazi xətləri və sərhəd dəqiqləşdirilməsi üzrə ölkəmizə 20-dən artıq kənd qaytarılıb. Vacib məsələlərdən biri də sərhəd xətlərinin yenidən çəkilməsidir. Sovet dönəmində sərhəd xətləri qeyri-dəqiq olub. Baxmayaraq ki, Azərbaycan ərazisi hesab edilib, amma ermənilər orada bir neçə kənd salıblar. O cümlədən Qafan aeroportunun təxminən 100 metrlik məsafəsində kənd yaradıblar. Sovet dönəmində Azərbaycanın sərhədboyu ərazilərindən təsərrüfatı məqsədilə istifadə ediblər. Yəni həmin ərazilərin kimə məxsus olduğuna dair dəqiq məlumat olmayıb”.
Hazırda sərhədlərdə demarkasiya prosesinin aparıldığını söyləyən mütəxəssis bildirib ki, Azərbaycan bunu “GPS” sistemindən istifadə etməklə dəqiqləşdirir:
“Ermənistan tərəfdən isə bu posesi Rusiya sülhməramlıları izləyir. Ona görə də 10 noyabr sazişindən belə başa düşmək olar ki, bu məsələlər ruslarla razılaşdırılıb. Hətta bu günlərdə sərhədin dəqiqləşdirilməsi ilə bağlı Rusiya Dövlət Komissiyasının sədri də gəlmişdi. Rusiya və Azərbaycan arasında sərhədin dəqiqləşdirilməsi təcrübəsi var. 2010-cu ildə bizim sərhədlər dəqiqləşdirildi. Bu, Rusiya imperiya tarixində ilk razılaşma idi ki, hansısa dövlət müharibəsiz olaraq şimal qonşumuzla sərhədləri dəqiqləşdirir”.
Ə.Əlibəyli qeyd edib ki, Qubadlı və Zəngilan əraziləri Ermənistanla sərhəd boyunca nəzərdə tutulur:
“Bu bölgələrdən üzü Zəngəzura doğru bütün yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu bölgələr 1929-cu ildə qeyri-qanuni şəkildə düşmənə verilib. İndi isə Ermənistandan geri istənilə bilər. Ona görə də buna Zəngəzura giriş mərhələsi kimi baxmaq lazımdır. Bu baxımdan Qafan şəhərindən Əkərək kəndinə gedən avtomobil yolunun tamamilə Azərbaycan tərəfinin nəzarətinə keçməsi əhəmiyyətli prosesdir. Məsələn, bu prosesi Kərki və Qazaxın işğal edilmiş kəndləri ilə bağlı da görəcəyik.
Tovuz və Gədəbəydə müəyyən mərhələlər ərzində düşmənə qeyri-rəsmi şəkildə hektarlarla torpaq verilib. Əminəm ki, bu bölgələrin də dəqiqləşdirilməsi həyata keçiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət