Uitkoff və Kuşner gələn həftə Kiyevə və Moskvaya səfər edə bilərlər

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər.

Sherg.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə TASS agentliyinə məlumat verib.

“Bir həftə, ən çoxu 10 gün ərzində səfər baş tuta bilər”, - deyə agentliyin həmsöhbəti bildirib.

İyulun sonunda Qərb KİV-ləri məlumat vermişdi ki, Uitkoff və Kuşner Vaşinqtonun münaqişənin nizamlanmasına yönəlmiş səyləri çərçivəsində ilk dəfə Kiyevə səfər etməyə razılaşıblar. Ehtimal olunur ki, ABŞ nümayəndələri Ukrayna rəhbərliyi ilə danışıqlar apara bilərlər.

Moskvaya səfər imkanının da müzakirə edildiyi bildirilirdi, lakin onun tarixi ilə bağlı konkret razılaşma əldə olunmamışdı.