Ukrayna Baş Qərargahı: Rusiya qüvvələri Urojayneni geri almağa cəhd edib
Yusif Nəzərli
05:47 20.08.2023
Gündəm
373
Rusiya ordusu son sutka ərzində bir neçə hücum cəhdi edib. İşğalçı qüvvələr Baxmut, Maryinka ətrafında və cənubda bu yaxınlarda azad edilmiş Urojayne kəndi ərazisində irəliləməyə cəhd edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrini Baş Qərargahının gündəlik xülasəsində qeyd olunub.
Belə ki, Baxmut istiqamətində rusiyalılar Bohdanivkanın şimalına, eləcə də Klişçiyivkanın şimalına və cənubuna hücum etmək üçün uğursuz cəhd etdilər. Maryinski istiqamətində Müdafiə Qüvvələri Maryinka şəhəri yaxınlığında Rusiya işğalçılarının hücumunu dəf edib. Şaxtar istiqamətində qarşı tərəf Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda azad etdiyi Urojayne kəndi ərazisində itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd göstərib.
Eyni zamanda, Ukrayna hərbçiləri Melitopol və Berdyansk yönündə hücum əməliyyatını davam etdirir.
Ümumilikdə, son sutka ərzində 32 döyüş toqquşması qeydə alınıb.
Xatırladaq ki, Ukrayna ordusu bir neçə gün öncə Urojayneni işğaldan azad edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm