Ukrayna Rusiya Prezidenti Vladimir Putin’in Novqorod bölgəsindəki evinə hücum etməyə cəhd edib.
Sherg.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Novqorod bölgəsində yerləşən Putin’in evinə hücum cəhdi edib.
“Cavab verəcəyik” deyən Lavrov, baş verənlərin Moskvanın “danışıqlardakı mövqeyini dəyişdirəcəyini”, amma “görüşlərin davam edəcəyini” söyləyib.
Nazir həmçinin, cavab hücumunun vaxtı və hədəflərinin qiymətləndirildiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Putinin evinə hücum edildiyinə dair məlumatlara cavab verib.
Zelenski Rusiyanın Kiyevdəki dövlət binalarını vurmaq üçün zəmin hazırladığını bildirib və deyib: “Bunlar yalandır. Rusiya Ukrayna və ABŞ arasındakı görüşlərdə əldə olunan irəliləyişi pozmaq istəyir.”
Prezident ABŞ-dən Rusiyanın təhdidlərinə uyğun cavab verməsini tələb edib.
Ağ Ev sözçüsü Tramp və Putin arasında Ukrayna müharibəsi ilə bağlı müsbət telefon danışığı həyata keçirildiyini açıqlayıb.