Ulu öndərin həkimi: “Heydər Əliyev bütün dünya liderlərinin hörmətini qazanmışdı”
Yusif Nəzərli
11:26 20.05.2023
Gündəm
459
“Mərhum Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi”.
“Report” xəbər verir ki, bunu vaxtilə ABŞ-nin Klivlend klinikasında ulu öndər Heydər Əliyevin həkimi olmuş məşhur kardioloq, professor Murat Tuzcu “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
O bildirib ki, H.Əliyevin duruşu ölkəsinin və xalqının qürurunu xatırladırdı: “Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı. Xəstəxanada olanda çox ölkələrin rəhbərləri ona zəng edib, şəfa diləyirdilər. Həmin dövrdə mən onun dünyadakı sülh üçün necə önəmli olduğunu anlamışdım.
Dünya liderləri arasında Türkiyə Prezidenti Süleyman Dəmirəlin Heydər Əliyevlə münasibəti, qardaşlığı sözdə deyildi”.
“Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi. O, xəstəxanada olanda da Vətəndən xəbər istəyirdi. Azərbaycan haqqında bizə danışmaqdan usanmazdı. O, göstərişdən uzaq, təvazökar insan kimi hər anını ölkəsinə həsr edib”, - deyə Murat Tuzcu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə