Uşaqlar arasında "yay qripi" gəzir: "Valideynlər körpələrin gigiyenasına fikir versinlər!"
Məlahət Rzayeva
11:33 27.08.2019
Gündəm
1035
Havaların son günlər dəyişkən keçməsi körpələrin səhhətində problemlər yaradıb. Körpələrini həkim müayinəsinə aparan valideynlərin sayı artıb. Valideynlər əsasən də qızdırmadan şikayətlənir və bunun nəylə bağlı olduğunu bilmirlər. Hətta belə şayiə də gəzir ki, hansısa virus yayılıb, uşaqlara qızdırma verən də budur.
Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qızdırmanın bir əlamət olduğunu dedi:
"Buna el arasında “yay qripi” də deyilir. Yay mövsümündə havaların qeyri-sabit keçməsi südəmər körpələr və azyaşlıların səhhətində gözlənilməz problemlər yarada bilir. Son günlər havalar çox dəyişkən oldu. Əvvəlcə şiddətli külək, yağıntı, sonra isə 40 dərəcəyə yüksələn temperatur. Təbii ki, iqlim dəyişikliyi həssas təbəqəyə - azyaşlılar və yaşlı insanlara mənfi təsir edir. Çünki birinin orqanizmi hələ formalaşmayıb, digərinki isə artıq gücdən düşüb. Xəstəliyə mövsümlə bağlı rotaviruslar səbəb olur. Xəstəlik qızdırma, mədə-bağırsaq pozğunluğu ilə müşayət olunur. Rotavirusların da başlıca törədicisi yuyulmamış meyvə-tərəvəz və çirkli əllərdir. Ona görə də biz hər zaman valideynlərə dönə-dönə tapşırırıq ki, uşaqların gigiyenasına fikir versinlər. İnsan bədənində ən çirkli orqan əllərdir. Əllər sabunla tez-tez yuyulmalıdır. Meyvə-tərəvəzlər də yeyilməzdən öncə ciddi şəkildə yuyulmalıdır. Qida mütləq təzə olmalıdır. Köhnə qidalar ümumiyyətlə qadağandır. Şəxsi gigiyena qaydalarına daim əməl edilməlidir.
Həkim qeyd etdi ki, problemlərdən biri də xəstə insanların ictimaiyyətdən təcrid olunmaması, körpə olan evə vaxtaşırı gediş-gəlişlərdir:
"Nə eləsək də, nə qədər desək də əhaliyə başa sala bilmirik ki, xəstə uşaqlarla kontakt tamamilə kəsilməlidir. Hətta böyüklər də, görürsən xəstədi, deyir, gedim filankəsə baş çəkim. O evdə körpə uşaq varsa, yoluxması an məsələsidir. Südəmər uşaq olan ailəyə isə gediş-gəliş ümumiyyətlə yolverilməzdir.
V.Qarayev valideynlərə məsləhət gördü ki, uşaqları havaya uyğun gəzintiyə çıxarsınlar:
"İndi (dünən 14:00-15:00 arası) hava həm isti, günəşlidi, həm də küləkli. Belə havada gəzintiyə çıxarılan uşaq bir tərəfdən günəş şüasının təsiri ilə istilənir, külək isə tərləmiş bədəni soyudur. Uşaq ora-bura qaçır, tərləyir, bu halda külək uşağın səhhətinə ziyan vurur. Uşaqların mövsümə və havaya uyğun geyindirilməsi də əsasdır. Ümumiyyətlə isə mən bu yay təhlükə törədəcək infeksiya görmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur