Vaşinqton güney azərbaycanlı fəalın dərhal azad edilməsinə çağırdı

ABŞ Dövlət Departamenti İran hakimiyyətinə müraciətlə güney azərbaycanlı fəal Nərgiz Məhəmmədi və bütün digər siyasi məhbusları dərhal azad etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun X hesabında bildirilib.

Departament xatırladıb ki, Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi insan haqlarını müdafiə etdiyinə görə daha 7,5 il həbs cəzasına məhkum edilib.

“Nərgiz vəkilə çıxış imkanı olmadan 59 gün həbsdə saxlanıldıqdan sonra və səhhəti pis olduğu halda, hətta ədalətli məhkəmə araşdırmasının minimal standartlarına belə əməl etməyən saxta məhkəmədə mühakimə olunub”, - məlumatda vurğulanıb.