ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzində, Milli Alleya ərazisində aşkarlanan nəhəng “8647” yazısı qalmaqala səbəb olub.
Sherg.az xəbər verir ki, "NBC News"-un məlumatına görə, Donald Trampın bəzi tərəfdarları bu yazını prezidentə qarşı mümkün təhdid mesajı kimi qiymətləndiriblər.
Belə ki, ABŞ-da “86” ifadəsi bəzən kimisə aradan götürmək və ya uzaqlaşdırmaq mənasında işlədilir, “47” rəqəmi isə ölkənin 47-ci prezidenti Donald Trampa aid edilir.
Hadisə ilə bağlı ABŞ Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.
Qurumun nümayəndəsi prezidentə yönələ biləcək istənilən təhlükəyə ciddi yanaşıldığını bildirib. Hazırda ABŞ Park Polisi yazının kimlər tərəfindən və hansı məqsədlə yazıldığını araşdırır.
Rəsmilər hadisəni vandalizm aktı kimi dəyərləndirsələr də, yazının mənası ətrafında müzakirələr davam edir.