Virus bitməyib: “Hәlә dә istənilən şəxs virusa yoluxa bilər”
Şəymən Bayramova
10:35 29.04.2020
Gündəm
1524
“Karantin rejimi bitəndən sonra da insanlar sosial izolyasiya qaydalarına əməl etməlidirlər”
"Əks halda aktiv “COVİD 19” daşıyıcısı olduğundan bixəbər xəstə virusun 2-ci dalğası üçün zəmin yarada bilər”
"Ölkәdә son hәftәlәrdә koronavirus pandemiyasından sağalanların sayının artması vә virusa yoluxma hallarının azalması insanlarda sanki “Virus bitib, bundan sonra yoluxma olmayacaq” kimi düşüncәlәr yaradıb".
Bu sözləri "Sherg.az" a infeksionist Natiq Əliyev deyib.
Əhalinin bu cür düşünməsinin çox yalnış və təhlükəli fikir olduğunu vurğulayan həkim deyib ki, hәlә dә istənilən şəxs virusa yoluxa bilər:
“Hәtta müalicә alıb sağalanların belə yenidәn yoluxma riski var. Yaxşı olar ki, insanlarımız karantin rejimi bitəndə belə indiki duyarlığı göstәrәrәk fәrdi qorunma tәdbirlәrinә davam etsinlər”.
Doktorun fikrincə, ölkә әrazisindә mayın 4- dә karantin rejiminin aradan qalxması heç dә pandemiya təhlükəsinin bitdiyi anlamına gәlmәsin:
"Virusun ikinci dalğası ilә bağlı konkret söz demәk mümkün olmasa da istisna edilmir. Karantin rejimi bitdikdәn sonra insanların xaotik hәrәkәti, kütləvi toplaşma hallarının olması səbəbindən belə bir ehtimalı göz önündә tuturuq. Ola bilәr ki, hazırda evdә olan insanlar arasında “COVİD-19” pozitivdir, lakin heç bir klinik şikayәti yoxdur. Orqanizması güclü olduğundan virusla mübarizә apara bilir. Amma karantin rejimindәn sonra küçәdә, işdә qarşılaşdığı insanın immun sistemini eyni dərəcədə olmaya bilər. Həmin şəxs fәrdi qoruyucu vasitәlәrә әmәl etmәsә, başqa bir şəxsi də yoluxdura bilәr. Koronavirus xroniki xәstәliyi, immun sistemi zәif insanlarda ağır fəsadlara yol açdığından adi bir məsuliyyətsizlik üzündən həmin şəxs həyatını itirə bilər".
N. Əliyev deyib ki, karantin rejimi bitəndən sonra da insanlar sosial izolyasiya qaydalarına əməl etməlidirlər:
"Əks halda aktiv “COVİD 19” daşıyıcısı olduğundan bixəbər xəstə virusun 2-ci dalğası üçün zəmin yarada bilər. Bundan əlavə koronavirus infeksiyasına yoluxub sağalan xәstәlәr var ki, onlar müalicә bitdikdәn sonra mütlәq şәkildә evdә izolyasiya qaydalarına әmәl etməlidir. Həmin şəxslər tövsiyyələri qulaq ardına vurub işә getsələr və yaxud başqa bir formada cәmiyyәtә aktiv inteqrasiya etsələr, yoluxma halları yenidən arta bilәr".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual