Serbiya və Azərbaycan strateji tərəfdaşlıq inkişaf etdirmək əzmindədirlər və ölkələrimiz arasındakı münasibətlərdə bizi parlaq bir gələcək gözləyir.
Sherg.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "X" sosial şəbəkində yazıb.
O, Prezident İlham Əliyevi təcrübəli dövlət xadimi və əsl xalq lideri adlandıraraq, ona təşəkkür edib.