Xaçaturyana Bakıda açıq məhkəmə qurulmalıdır - Fazil Mustafa
Xaçaturyana Bakıda açıq məhkəmə qurulmalıdır - Fazil Mustafa
Yusif Nəzərli
09:59 02.08.2023
Gündəm
550
Onun Meşəli soyqırımı ilə bağlı törətdiyi cinayət əməllərinin düzgün hüquqi sənədləşdirilməsi vacibdir
Xocalının Meşəli kəndindəki soyqırım, işgəncə və talanda iştirak edən Vaqif Xaçaturyan “Laçın” postunda yaxalanaraq, Bakıya gətirilib. 25 azərbaycanlının qətlə yetirilməsində, 14 nəfərə işgəncə verilməsində, 358 nəfərin yurdundan qovulmasında iştirak edən V.Xaçaturyanın mühakiməsi, cəzalandırılması ilə bağlı müəyyən fikirlər də səslənir. Məsələn, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov deyib ki, Vaqif Xaçaturyanın məhkəməsinin açıq, hətta bütün dünyaya nümayiş etdirilən canlı yayımla keçirilməsi mühüm addım olardı. Onun sözlərinə görə, Xaçaturyanın işgəncə verdiyi insanlardan bəziləri hələ də sağdır. Onlar şahidlik edə, Xaçaturyanın əməllərini məhkəmədə detallarına qədər danışa bilərlər: "Bir çoxunun bədənində damğalar var, işgəncələrin izlərini hələ də canlarında daşıyırlar. Bunlar hamısı sübutlardır. Biz faşist qatillərin mühakiməsinə bənzər bir prosesi bütün dünyaya göstərib, faşistlərdən daha dəhşətli olan erməni vəhşiliyinin iç üzünü bir daha aça bilərik”.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, məsələ ilə bağlı hansısa fikir bəyan etməyin əhəmiyyəti yoxdur, çünki fikirlərin nəzərə alınacağı inandırıcı deyil. Amma deputat düşünür ki, ictimai rəy üçün məsələnin bilinməsi yaxşı olardı: "Birinci növbədə Xaçaturyanın Meşəli soyqırımı ilə bağlı törətdiyi cinayət əməllərinin düzgün hüquqi sənədləşdirilməsi vacibdir. Bu həm erməni tərəfini, həm də erməni simpatizanı olan digər qüvvələri müəyyən dərəcədə məsələyə yanaşmağa yönəldəcək.
Bizi ittiham etmək üçün müəyyən motivlər axtarmağa çalışacaqlar. Əsas məsələ peşəkarlıqla bu işin aparılmasıdır. Nə qədər peşəkarlıqla aparılarsa, proses o dərəcə xeyrimizə olar. Eyxman obrazı (yəhudi soyqırımına birbaşa cavabdeh şəxs - red) ilə Xaçaturyan obrazını paralel tutmaq vacibdir.
Eyxman məsələsi dünyada populyar məsələlərdən biridir. Dünyanın yaxşı anlaması üçün Xaçaturyanı "ermənilərin Eyxmanı" kimi təqdim etmək daha doğrudur. Hər dəfə adı xatırlananda həmin adla tanıdılması məqsədəuyğundur. Açıq məhkəmənin keçirilməsi və şahid ifadələrinin orada səslənməsi də önəmlidir. Məhkəmənin bütün materiallarının ingilis dilinə tərcümə olunması, canlı yayımın alt yazılı ingilis dilinə tərcümə ilə verilməsi yaxşı olardı. Bu, bütün hallarda bizim soyqırımla bağlı tələblərimizin sübutu mahiyyəti daşıyan məsələlərdən biridir.
Ona görə də buna çox ciddi yanaşılmalıdır. Prosesin Azərbaycanın xeyrinə ola biləcək bir mahiyyətdə aparılması ümumi işimizə fayda verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə