Xameneinin Rusiyaya aparılması xəbərləri təkzib olundu

İranın yeni ali lideri Müctaba Xameneinin guya Rusiyaya evakuasiya edilməsi ilə bağlı məlumatlar təkzib olunub. Sherg.az xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, Xamenei yaralanmasından sonra Rusiyada olmayıb və onun səhhəti iş fəaliyyətinə mane yaratmır.

Daha əvvəl Küveytin "Al-Jarida" nəşri mart ayında iddia etmişdi ki, Xamenei guya yaralandıqdan sonra müalicə üçün təcili olaraq Moskvaya aparılıb. Lakin diplomatik mənbə bu məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və bildirib ki, o, Rusiyada “hətta bir neçə saat belə olmayıb”.

Eyni zamanda, İranın Rusiyadakı səfiri Kazem Jalali də Xameneinin Moskvada müalicə alması ilə bağlı xəbərləri təkzib edib.

Martın 12-də "The Sun" isə yazmışdı ki, Müctaba Xamenei hava zərbəsi nəticəsində ağır yaralanıb, hətta bir və ya hər iki ayağını itirib və komada ola bilər.