Xərçəngə ilk yoluxma 1,7 milyon il əvvəl olubmuş
19:56 04.06.2023
Gündəm
356
Tədqiqatçılar xərçəng əlamətlərini göstərən bir çox tarixdən əvvəlki qalıqları aşkar ediblər. Bundan əlavə, bu ölümcül xəstəliyin ilk qeydini qədim yazılı mənbələrdə tapıblar.
Sherg.az lent.az-a istinadən bildirir ki, araşdırmalara görə, xərçəngin ilk dəlili 1,7 milyon il əvvələ aid fosillərdə (fosil uzun müddət əvvəl yaşamış canlıların qalıqlarının təbii şərtlər altında qorunaraq dövrümüzə qədər çatan izidir-red.) tapılıb. Aşkar edilən qalıqlardan biri Paranthropus robustus və ya Homo ergaster növünə aiddir və sol barmağın sümüyündə bədxassəli şişin olduğunu göstərir.
Tədqiqatçılar, fosilləşmiş barmaq sümüyünün KT müayinələrini sümük əmələ gətirən hüceyrələrdə başlayan aqressiv bir xərçəng forması olan osteosarkomun müasir hallarının görüntüləri ilə müqayisə ediblər. Osteosarkomun gül kələminə bənzər fərqli bir formasını görüblər.
Osteosarkom bu gün insanlarda hər yaşda baş verə bilən, lakin ən çox uşaqlarda, yeniyetmələrdə və gənclərdə görülən ümumi bir sümük xərçəngidir. Tarixdən əvvəlki insanın yaşı bilinməsə də, tədqiqatçılar onun yetkin olduğunu düşünürlər.
Aydındır ki, xərçəngin sümüklərdə aşkarlanması orqanlarda, dəridə və daha sürətli parçalanmaya məruz qalan digər yumşaq toxumalarda olduğundan daha asandır. Bununla birlikdə, fosillərdə xərçəngin görünməsi üçün daha ətraflı araşdırma tələb olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual