XİN: "Ermənistan tərəfinin növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur"
Yusif Nəzərli
12:40 28.05.2022
Gündəm
437
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-ın Azərbaycan dövlət başçısının mayın 27-də Zəngilan rayonunda səsləndirdiyi çıxışa münasibət bildirib.
XİN-dən "Report"a bildirilib ki, Ermənistan tərəfinin növbəti əsassız açıqlama ilə çıxış etməsi təəssüf doğurur.
"İlk növbədə qeyd etmək istərdik ki, 30 ilə yaxın beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan, işğalçı siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının insan hüquqlarını kobudcasına pozan Ermənistanın son zamanlar, sözdə beynəlxalq hüquqa tez-tez istinadlar etməsi maraq doğurur. Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşıb və bu mövqeyi ardıcıl şəkildə nümayiş etdirib.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Zəngilan rayonunda səsləndirdiyi fikirlərə gəldikdə isə Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Azərbaycan dövlət başçısı məhz beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan davranışdan çəkinməyə çağırır və belə bir hüquqa zidd davranışın doğura biləcəyi təhlükələrlə bağlı xəbərdarlıq edir.
Təəssüf ki, postmünaqişə mərhələsində Ermənistanda bu cür təhlükəli davranışları təşviq edən revanşist qüvvələr mövcuddur və bu qüvvələrin 30 ilə yaxın yürütdüyü təcavüzkar siyasətin Ermənistanı sürüklədiyi acınacaqlı vəziyyət göz qabağındadır.
Ermənistan tərəfi anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyildir. Yalnız bölgədə yaranmış yeni realıqların və yeni imkanların düzgün şəkildə dəyərləndirilməsi doğru nəticələrə gətirib çıxara bilər", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə