Yəmən səfiri etimadnaməsini İlham Əliyevə təqdim edib -YENİLƏNİB
11:25 03.12.2024
Gündəm
441
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib.
Səfir əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırıb. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş edib.
Məhəmməd Saleh Əhməd Turiq, eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini deyib.
Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərib, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi olublar.
Məhəmməd Saleh Əhməd Turiq Azərbaycan ərazilərinin işğaldan azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bu yaxınlarda Qarabağa səfərini məmnunluqla xatırlayıb və bundan şərəf duyduğunu deyib. Səfir dövlət başçısının rəhbərliyi ilə orada aparılan bərpa və quruculuq işlərinin böyük heyranlıq doğurduğunu vurğulayıb, qısa müddətdə şəhərlərin salınmasının, yol-nəqliyyat qovşaqlarının, tunellərin ərsəyə gətirilməsinin Azərbaycan dövlətinin gücünün bir daha təzahürü olduğunu qeyd edib.
Diplomat Yəmənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib. Səfir Yəmənin iqtisadi sahədə də Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb və bununla bağlı ölkəsinin iş adamlarının Azərbaycana səfərinin təşkilinin önəmini qeyd edib.
Hələ sovet dövründə Azərbaycanda Yəməndən çoxsaylı tələbənin təhsil aldığını və həmin mütəxəssislərin müxtəlif sahələrdə Yəmənin inkişafına töhfə verdiklərini deyən səfir yəmənli tələbələrin ölkəmizdə təhsil alması ənənələrinin davam etdirilməsinin vacibliyinə toxunub.
Söhbət zamanı Azərbaycanın və Yəmənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olundu, iqtisadiyyat, ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işbirliyi imkanlarının araşdırılmasının vacibliyi bildirilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiqin etimadnaməsini qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya