Yol çəkiləcək, söhbət ola bilməz - Şimali Kiprdə...
Yusif Nəzərli
20:56 22.08.2023
Gündəm
335
Şimali Kipr, Türkiyə hərbçiləri və inşaatçılar BMT sülhməramlılarını itələyib çıxarıb
Şimali Kipr Türk Respublikasının (ŞKTR) təhlükəsizlik qüvvələri və adada yerləşdirilən BMT sülhməramlıları arasında gərginlik baş verib. Buna səbəb ŞKTR ərazisindən BMT sülhməramlılarının nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə yolun çəkilməsi olub. BMT sülhməramlıları yolun çəkilməsinə əngəl olmağa çalışaraq, ərazidə beton bloklar yerləşdirib. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb. ŞKTR-nin Xarici işlər naziri Tahsin Ertuğruloğlu vəziyyəti şərh edərək, yol inşası layihəsinin dayandırılmayacağını açıqlayıb. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib. Ərdoğan deyib ki, bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur: "Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var”.
Politoloq Turab Rzayev deyib ki, Şimali Kipr uzun müddətdir ki, BMT sülhməramlılarının nəzarət zonasında yerləşən Pilə kəndinə yol çəkmək istəyir: "Kəndə qədər məsafə cəmi 10 dəqiqəlik yol olsa da, BMT nəzarət-buraxılış məntəqəsindən keçərkən vaxt 1 saatdan da uzun çəkir. Kənd əhalisi köçməyə məcbur olurdu. İndi hökumət kəndə yeni birbaşa yol çəkir. Yolun çox kiçik hissəsi BMT nəzarət zolağına düşür. Buna baxmayaraq, BMT sülhməramlıları türklərin yol inşaatının önünü kəsmək üçün yola tikanlı məftillər, beton bloklar və avtomobillər yerləşdirib. Şimali Kipr, Türkiyə hərbçiləri və inşaatçılar isə qısa zaman kəsiyində BMT sülhməramlılarını itələyib çıxarıb, tikanlı məftilləri və BMT avtomobillərini isə inşaat texnikası ilə əzib kənara atıblar. Yəni yol çəkiləcək. Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı maraqlı presedentdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya