Yunanıstanın Müdafiə naziri Nikos Dendias bildirib ki, Türkiyə son illərdə hərbi və diplomatik addımlarla xüsusilə Afrikada təsirini artırıb.
Sherg.az xəbər verir ki, Dendias deyib: “Həqiqətən son dərəcə uğurlu oldular.”
O qeyd edib ki, Türkiyə Liviya başda olmaqla Afrikada güclü mövqe əldə edib, həm Şərq, həm Qərb Liviya ilə əlaqələr qurub. Dendias həmçinin vurğulayıb ki, Afrika səfərlərində hər yerdə Türkiyənin varlığı ilə qarşılaşıb.
Yunan naziri əlavə edib ki, Türkiyənin performansından tam razıdır və onun regional təsiri diqqətəlayiqdir. Ankara ilə dialoqun davam etdirilməsi və ünsiyyət kanallarının açıq saxlanması regional sabitlik üçün vacibdir.