Doğu Aralıq dənizində Türkiyənin artan hərbi və diplomatik gücü Yunanıstanı çətin vəziyyətə qoyub. Avropadan dəstək gözləyən Atina indi Hindistanı “can simidi” kimi görür.
Sherg.az xəbər verir ki, Yunanıstan Müdafiə Naziri Nikos Dendiasın Yeni Dehli səfəri, Türkiyənin bölgədəki üstünlüyünə qarşı son çarə hesab olunur. Ziyarət çərçivəsində Hindistanın yüksək səviyyəli rəsmiləri ilə müdafiə və regional təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə ediləcək.
Ekspertlər bildirir ki, Yunanıstan İsrail və Cənubi Kipr ilə üçlü ittifaqlardan gözlədiyi faydanı ala bilməyib və Ankara qarşısında yeni strateji tərəfdaşlıq axtarır.