Ukraynanın Böyük Britaniyadakı səfiri, ölkənin Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı Ukraynanın NATO-ya üzvlüyünü real hesab etmədiyini bildirib.
Sherg.az xəbər verir ki, Zalujnı Kiyevdə keçirilən Avroatlantik inteqrasiya mövzusunda müzakirədə çıxışı zamanı "Ukrayna, təəssüf ki, heç vaxt NATO-ya üzv olmayacaq" deyib.
O, bu fikrini Ukrayna Silahlı Qüvvələrinin hazırkı inkişaf səviyyəsinin NATO-ya inteqrasiya üçün kifayət etmədiyini, eyni zamanda alyansın müasir reallıqlara tam uyğun gəlməyən yanaşmalarla fəaliyyət göstərdiyini iddia etməsi ilə əsaslandırıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsinin təhlükəsizlik zəmanətləri qarşılığında NATO üzvlüyündən imtina edə biləcəyini istisna etmədiyini bildirmişdi.