Zəfər Gününə görə konsert proqramı keçiriləcək
06:34 08.11.2023
Gündəm
376
Bakıda 8 Noyabr - Zəfər Gününə hazırlıq işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, paytaxtın mərkəzi küçə və prospektləri bayraqlarla bəzədilib, 8 noyabrla bağlı plakatlar asılıb, Zəfərlə bağlı şüarlar yazılıb. Binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.
Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı böyük səhnə artıq qurulub.
Qeyd edək ki, noyabrın 8-i saat 19:00-da Parkda yerləşən Saat qülləsinin qarşısında geniş bayram konserti keçiriləcək, daha sonra atəşfəşanlıq olacaq.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad edib. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, Ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il noyabrın 8-i Azərbaycanda Qarabağın tacı, onun döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix - 8 Noyabr Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm