Zelenski: Almaniya ilə 600 ədəd hava hücumundan müdafiə raketi müqaviləsi imzalanıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Almaniya ilə hava hücumundan müdafiə sistemləri üçün 600 ədəd raketin alınmasına dair müqavilə imzalanıb.

Sherg.az xəbər verir ki, Zelenski bu barədə TSN-ə müsahibəsində məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Ukraynaya nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran tədarükü ilə bağlı 280 milyon dollarlıq razılaşma əldə etdiyi bildirilmişdi.