Zelenski: "Müharibə yavaş-yavaş Rusiya ərazisinə keçir"
19:34 30.07.2023
Gündəm
360
Ukrayna prezidenti Volodimir Zelenski müharibənin yavaş-yavaş Rusiya ərazisinə keçdiyini açıqlayıb. Zelenski əlavə edib ki, bu, qaçılmaz bir prosesdir.
Sherg.az xəbər verir ki, sosial media hesabında video açıqlama verən Ukrayna prezidenti Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin gedişatını dəyərləndirib.
"Rusiya təcavüzü döyüş meydanında iflasa uğradı" deyən Zelenski, "Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi xüsusi hərbi əməliyyatın 522-ci günüdür. Ukrayna güclənir. Müharibə yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına keçir və bu, qaçılmaz, təbii və ədalətli prosesdir” deyə bildirib.
Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında Ukraynanın Moskva vilayətindəki obyektlərə pilotsuz uçuş aparatı (PUA) ilə hücum etmək cəhdinin qarşısı alındığını, PUA-ların isə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
Moskva meri Sergey Sobyanin isə sosial media hesabından verdiyi açıqlamada Ukraynanın PUA-larla hücum cəhdinin qarşısı alındığını, lakin düşən pilotsuz təyyarələrin Moskvada bəzi qüllələrə dəyərək zərər gördüyünü, ölən və yaralanan olmadığını bildirib.
Digər tərəfdən, sosial mediada yayılan bəzi görüntülərdə, Moskvada göydələnlərin yerləşdiyi "Moskva City" bölgəsinə PUA-lardan birinin düşdüyü zaman partlayışın olduğu görünüb.
Ukraynanın iyulun 24-ü və 28-də Rusiyanın paytaxtı Moskvaya pilotsuz təyyarələrlə hücumlar təşkil etdiyi, ölən və yaralananların olmadığı bildirilib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət