“Siz onun ilk versiyasını oxumamısınız”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubun sərt üslubuna yönələn tənqidlərə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında istehzalı şəkildə, “Siz onun ilk versiyasını oxumamısınız”, - deyərək məktubun tonuna dair iradlara cavab verib.
Kiyev rəsmiləri məktubun birbaşa Putinə göndərilmədiyini, ictimaiyyət üçün yayımlandığını bildiriblər. Onların sözlərinə görə, məktubun ünvan sahibinə çatmayacağı ehtimalı nəzərə alınıb.
Xatırladaq ki, Vladimir Putin Zelenskinin məktubunu şərh edərək sənədin kobud üslubda yazıldığını bildirib. Rusiya liderinin fikrincə, belə yanaşma danışıqlar prosesinə kömək etmir, əksinə mümkün təmaslar üçün əlavə maneələr yaradır.