Zelenski: "Tomahawk" raketləri verərsə, Ukrayna Trampı sülh mükafatına...

Ukrayna ABŞ-dən “Tomahawk“ raketləri alarsa, Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” saytı Ukrayna lideri Volodimir Zelenskiyə istinadən məlumat yayıb.

Zelenski həmçinin bildirib ki, atəşkəs üçün fürsət yaratsa, Ukrayna Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.

Oktyabrın 9-da İspaniyanın “Pais” qəzeti Trampın 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edildiyini yazıb .

Məlumata görə, bu il Nobel Sülh Mükafatına cəmi 338 namizəd təqdim edilib: 244 fiziki şəxs və 94 təşkilat.