
Zəngəzur dəhlizindən Azərbaycanın maneəsiz istifadəsi şərti gündəmdədir - ŞƏRH
14:03 17.07.2025
Gündəm
585
Növbəti mərhələdə bu iki istiqamətdə müzakirə gedəcək, ona uyğun nəticəyə gəlinəcək
Son zamanlar Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi məsələsi yenidən gündəmə gəlib. Bu məsələ həm Azərbaycanın, həm də regionun gələcəyi üçün çox önəmlidir. Hazırkı vəziyyətdə ABŞ-nin təklif etdiyi bəzi variantlar müzakirə olunur. ABŞ təklif edir ki, dəhlizə 100 illik nəzarət ona verilsin.
Buna baxmayaraq, hələ ki Azərbaycanla Ermənistan bu məsələdə ortaq bir razılığa gələ bilməyib.

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"ABŞ-nin təklifi indiki şəraitdə müzakirə oluna bilər. Qərbi Zəngəzur torpağının geniş bir hissəsinin Azərbaycana icarəyə verilməsi daha doğru çıxış yolu olar. Azərbaycan o ərazilərdə tikinti, quruculuq işləri aparar. Bundan savayı Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsi də var. Üçüncü bir tərəfdən Ermənistanın Azərbaycana 150 milyard dollardan çox təzminat borcu yaranıb.
Ermənistan Zəngəzur dəhlizinin, yaxud Zəngəzurun bir hissəsini bütövlükdə 100 illik Azərbaycana icarəyə verməsi ilə vəziyyətdən çıxa bilər.
Bununla da Rəsmi İrəvan Rusiyanın təsirindən azad olmuş olacaq. Yəni Zəngəzur dəhlizi üzərində Rusiyanın nəzarəti olmayacaq. Həm də ABŞ kimi uzaqdan hansısa bir oyunçunun burada gəlib iştirak etməsinin qarşısı alınacaq. Amma Azərbaycanla Ermənistan bu məsələni həll etməkdə ortaq məxrəcə gələ bilmirlər".
Ekspert üçüncü tərəflərin də müəyyən məsələlərdə əngəl törətdiyini söyləyib:
"Tək çıxış yolu ABŞ-nin dəhlizə nəzarət etməsi olacaqsa, Azərbaycanın narahatlığı üçün əsas olmayacaq. Çünki istənilən halda Zəngəzur dəhlizindən Azərbaycanın maneəsiz istifadəsi şərti gündəmdədir. Növbəti mərhələdə bu iki istiqamətdə müzakirə gedəcək, ona uyğun nəticəyə gəlinəcək. Gələcəkdə Azərbaycanın Zəngəzur dəhlizi adında problemi olmayacaq. Çünki coğrafiyamızda baş verən yeniliklər onu deməyə əsas verir ki, Azərbaycanın bütövləşməsi çox uzaqda deyil".
Siyasi şərhçi sonda Azərbaycanın bütövləşdikdən sonra Ermənistandan bir yol istəməyinə ehtiyacının qalmayacağını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə