Zəngəzurda gözəl bir yol çəkilir
Zəngəzurda gözəl bir yol çəkilir
Yusif Nəzərli
20:22 07.06.2022
Gündəm
522
Bu yol Gəncədən başlayaraq Kəlbəcərə, oradan Laçına, daha sonra Qubadlı və Zəngilana gedəcək
Uzun müddətdir Qarabağ və Şərqi Zəngəzurda işğalçı Ermənistanın dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ekspertlərin fikrincə, ərazidə ilk növbədə, infrastrukturun yaradılması, vaxtilə mövcud olmuş magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm daşıyır. Çünki bu məsələlər şəhər və kəndlərin salınmasını, məskunlaşmanın reallaşmasını şərtləndirir.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, torpaqlarımızın işğal altında olan müddətdə yol infrastrukturunun böyük əksəriyyəti sıradan çıxarılıb. Bu da ərazilərin bərpası prosesini ciddi şəkildə ləngidir. Bu mənada mövcud yolların bərpası və yol infrastrukturunun şaxələndirilməsi düşməndən təmizlənən torpaqların dirçəlməsi üçün mühüm əhəmiyyət kəsb edir:
“Fikrimcə, Şərqi Zəngəzurda görülən möhtəşəm yenidənqurma işlərində yollarin tikintisi çox vacibdir. Şərqi Zəngəzurun şimal və cənubunu, həm də ölkəmizin qərb sərhədləri boyu şimal-qərbi ilə cənub-qərbini birləşdirən gözəl bir yol çəkilir. Bu yol Gəncədən başlayaraq Kəlbəcərə, oradan Laçına, daha sonra Qubadlı və Zəngilana gedəcək. Eyni zamanda nəqliyyat axınlarının diversifikasiyasına əlverişli şərait yaradacaq və regionda həyata keçirilməsi planlaşdırılan quruculuq işlərini daha da sürətləndirəcək”.
Ekspertin fikrincə, bu yol ölkəmizin iki beynəlxalq əhəmiyyətli avtomobil yolunu – Bakı-Ələt-Qazax Gürcüstanla sərhəd yolu ilə Hacıqabul-Bəhramtəpə-Horadiz-Şərqi Zəngəzur-Naxçıvan yolunu bir-biri ilə birləşdirəcək: “Yol Kəlbəcər və Laçın ərazisində çox mürəkkəb relyefi olan ərazilərdən keçdiyindən yolda bir neçə tunel olacaq. Onlardan ən böyüyü Murov tuneli olacaq. Tikintisinə rəsmən 2021-ci ilin avqustundan başlanılan Murov tuneli təxminən 11600 metr olacaq. Qazma işləri eyni vaxtda hər iki tərəfdən – həm Kəlbəcərdən, həm də Göygöl tərəfdən aparılır.
Göygöl (Toğana kəndi) tərəfdən 1200 metrdən artıq, Kəlbəcər (Yanşaq kəndi) tərəfdən isə 650 metrdən artıq hissə qazılıb. Hazırda işlər fasiləsiz davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət