15 gün öncə evlənən cütlük qəzaya düşüb, kişi ölüb, qadın yaralanıb
20:36 11.07.2022
Hadisə
493
Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, betonqarışdıran maşın qarşıdan gələn Göyçay rayonunun Alxasava kənd sakini, 1992-ci il təvəllüdlü Şükran Cəfərovun idarə etdiyi 23-BG-945 dövlət nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobilinə çırpılıb.
Yük avtomobilinin sürücüsü həmin an nəqliyyat vasitəsini dayandıra bilmədiyi üçün betonla dolu maşın "VAZ-2104"ün üstündən keçərək faciəyə səbəb olub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı yaralandığı üçün xəstəxanaya aparılıb.
Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub, bu gün faciəli şəkildə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
16:46 30.10.2026
Siyasət
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm