SOCAR və MDU arasında Anlaşma Memorandumu imzalandı - FOTO
Yusif Nəzərli
13:07 15.04.2022
Cəmiyyət
816
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun “Cənubi Qafqaz Boru Kəməri Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan verilən məlumata görə, Memorandumu “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov imzalayıblar.
“SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və kimya fənləri üzrə səkkiz dərslik Azərbaycan dilinə tərcümə edilib. O, həmçinin Massaçusets Texnologiya İnstitutunun “Məlumat, İqtisadiyyat və İnkişaf Siyasəti”, “MikroMaster” proqramları üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, yeddi universitetdə “SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi üzrə təhsil alan 372 tələbə üçün “IELTS” hazırlıq kurslarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun dayanıqlı inkişafını dəstəkləyəcək.
Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən danışan Şahin Bayramov qeyd edib ki, “SOCAR Midstream” ilə əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.
Memorandumda Mingəçevir Dövlət Universiteti və “SOCAR Midstream” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması məsələləri əksini tapıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya
Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:41 17.11.2026
Dünya
Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub
13:30 17.11.2026
Dünya
Vəkillər ödənişlərini ala bilmirlər - Deputat
13:14 17.11.2026
Gündəm