Terroru təşkil edənlərin məkrli planı olub
Yusif Nəzərli
09:04 31.03.2023
Aktual
432
Fazil bəyin qətlinə fərman verənlər istəyinə çatmadı
Elxan Şükürlü: "Fazil bəyə qarşı təşkil edilən sui-qəsdlə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən basqın arasında qəribə bir paralellik, oxşarlıq mövcuddur. Hər iki olayda kiberməkandan istifadə və kiberməkana hesablanmış fəaliyyətlər var"
Martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti yaxşılaşır. Bu barədə deputatın qardaşı İlqar Mustafayev məlumat verib. O deyib ki, artıq hər şey geridə qalıb, qardaşının vəziyyəti günbəgün yaxşı olacaq: "Müalicəsi həkimlərin nəzarətində davam edir. Həkimlər vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsi yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.
Millət vəkilinin köməkçisi Əjdər Əliyev istintaqın davam etdiyini və çox yaxın müddətdə ictimaiyyətə bununla bağlı məlumat veriləcəyini bildirib: "İstintaq prosesi aparılır. Bu, dövlətin diqqətində olan məsələdir. Çox qısa müddətdə ictimaiyyətə istintaqla bağlı məlumat veriləcək. Fazil bəyin sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Hər şey qaydasındadır. Hələ ki, evə buraxılacağı tarix bəlli deyil". Ə.Əliyev son zamanlar Fazil Mustafanın təhdid mesajları aldığını açıqlayıb:
"Fazil bəyə qarşı kifayət qədər təhdidlər olmuşdu. Ölkə daxilində olan müəyyən qruplar, fərdlər var idi və onların kimlərin əlində oyuncaq olduğunu bilirik. Bu dəqiqə təcavüzkar planları ilə Azərbaycanı təhdid edən İrandır. Fazil Mustafa da elə İran tərəfdən təhdidlər alırdı. "Fazil Mustafa ölməlidi, güllələnməlidi" kimi təhdidlər alırdıq. Bu hadisə sifarişli və hazırlanmış hadisədir".
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib ki, millət vəkili, dəyərli maarifçi, ziyalı Fazil Mustafaya qarşı təşkil edilən sui-qəsddə əsas məqsəd onun öldürülməsi olub. Bu, açıq-aydın görünür:
"Deməli, bu terroru təşkil edənlərin hədəfi Fazil bəyin qətli üzərində hansısa ssenariləri həyata keçirmək, onun şəxsiyyətinə və düşüncələrinə diqqət çəkmək və məhz bu dalğa üzərində böyük bir fitnə çıxarmaq, qarşıdurma yaratmaq və nəticə əldə etmək olub. Yalnız Allahın möcüzəsi Fazil bəyi də, ölkəmizi də bu məkrli qüvvələrin növbəti qanlı tələsinə düşməkdən xilas edib. Bizim hüquq-mühafizə orqanlarımızın işinə qətiyyən müdaxilə etmək niyyətimiz yoxdur. Ancaq sosial şəbəkələr üzərindən bu hadisəyə verilən reaksiyaların təhlilindən gəldiyimiz ilkin qənaət budur ki, Fazil bəyə qarşı təşkil edilən sui-qəsdlə yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən basqın arasında qəribə bir paralellik, oxşarlıq mövcuddur. Hər iki olayda kiberməkandan istifadə və kiberməkana hesablanmış fəaliyyətlər var. Mümkündür ki, hər iki hadisədə sifarişçi elə eyni mərkəzdir. Birincidən nəticə alınmadığından, ikincisinə keçilib. 1970-ci illərin sonları 1980-ci illərin əvvəlləri Böyük Britaniyanın “Mİ6” kəşfiyyat xidmətinin zabiti, islamşünas alim Bernard Lyuis ABŞ Prezidenti Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinskiyə tövsiyə etmişdi ki, bütövlükdə Cənubi və Mərkəzi Asiyada sabitliyi pozmaq üçün bu coğrafiyada islam fundamentalizmindən istifadə etmək, ənənəvi məzhəb qarşıdurmasından yararlanmaq lazımdır. Çünki bu coğrafiyada yaşayan xalqların dəyişməz genetik kodu islamdır. Təəssüf ki, indi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağı olan Azərbaycanımızı da hansısa qüvvələr addım-addım məzhəb qarşıdurmalarının yeni poliqonuna çevirməyə çalışırlar. Allah Azərbaycanımızı qorusun!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya