Arı sandılar, güllə çıxdı
09:07 05.07.2023
Hadisə
532
Valideynləri uşağın nədən yara aldığını əvvəlcə bilməyiblər
Türkiyənin Niğde bölgəsində 2 yaşlı uşaq güllə yarası alıb. Çiynindən yaralanan uşaq Kayseri Şəhər Xəstəxanasında əməliyyat edilib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, valideynləri uşağın nədən yara aldığını əvvəlcə bilməyiblər. Onlar səhvən belə zənn edib ki, uşağı arı sancıb. Niğdenin mərkəzə tabeli Dündarlı bələdiyyəsi, Cümhuriyyət məhəlləsində yaşayan Pala ailəsinin 2 yaşlı yeganə övladı İsmayıl Pala evlərinin ətrafında oynadığı zaman sol çiynindən yaralanıb. Uşağın anası Rəbiyə Pala qızartının arı sancması olduğunu zənn edib. Əvvəlcə bir səs eşidilib, sonra uşaq ağlamağa başlayıb. Uşağın çiyni qanayıb. Anası uşağı soyunduranda sol çiynində yara izi görüb. Həyat yoldaşını, əmisini köməyə çağırıb. Təcili yardıma zəng ediblər. Çağırışa gələn təcili yardımla uşaq xəstəxanaya aparılıb. Xəstəxananın uşaq cərrahiyyəsi şöbəsində İsmayıl əməliyyat edilərək çiynindəki güllə çıxarılıb. Ana Rəbiyə Pala deyib ki, uşaq evlərinin qarşısında oynadığı yerdə belə bir fəlakətin yaşanması dəhşətdir: “Bizim canımız yandı. Başqalarının da canı yanmasın. Ucuz atlatdıq. Bəs ürəyinə dəysəydi nə olardı?! Toylar, bayramlar faciə halını alıb. Kimsə sevinir deyə, bir başqası göz yaşı tökür. Bunun qarşısı alınmalıdır”. Əməliyyat edən həkim isə uşağın bəxtindən güllənin başdan bir neçə santimetr aralı keçərək çiyinə dəydiyini söyləyib: “Güllə çiyinə dəyib deyə, sürəti azalıb. İsmayıl şanslı imiş. Güllə başqa istiqamətdən dəysəydi, uşağın ağ ciyəri parçalanacaqdı. Bayramlarda, toylarda insanlarımız odlu silahdan uzaq dursun. Başqa birisi, kimsənin övladı yaralanmasın, ölməsin deyə, tapançalardan atəş açmaqdan əl çəksinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual