Pəri cəsədi tapdığını iddia etdi
Pəri cəsədi tapdığını iddia etdi
Yusif Nəzərli
09:03 26.09.2023
Dünya
567
Ortalıq qarışdı
İnternetdə yayılan bir foto görənləri nəinki heyrətə salıb, hətta qorxudub da. Fotonu İngiltərə sakini, 31 yaşlı Dan Baines paylaşıb. Bu foto niyə görənləri heyrətə, hətta qorxuya salıb? “Şərq” “Milliyet.com.tr”yə istinadən 2007-ci ilin martında baş vermiş qəribə olay barədə məlumat verir. Dan Baines paylaşdığı foto ilə qədim əfsanələrin heç də əfsanə olmadığını, mifoloji obrazların əslində canlı insanlar olduğunu isbat etməyə çalışırdı. D.Baines iddia edirdi ki, fotoda təsvir olunmuş cəsəd bir pəriyə məxsusdur.
O, pəri cəsədini tapdığını, onun fotosunu çəkdiyini iddia edirdi. Hətta iddia edirdi ki, alimlər bu cəsəd üzərində tədqiqat da aparıb. “Cəsədin qulaqları, saçları, dişləri heç korlanmayıb. Qanadları da var. Antropoloqlar, tibbi ekspertiza tərəfindən cəsəd üzərində araşdırma aparılıb. Pərinin bədən quruluşunun körpə vücuduyla eyni olduğu rentgen müayinəsində görünüb. Sadəcə, sümükləri nisbətən incə və kövrəkdir”, yazan D.Baines fotonu paylaşdıqdan sonra bir gün ərzində internet səhifəsinə 20 min izləyici daxil olub. İzləyicilər arasında bundan əvvəl də pəri cəsədi aşkarlayanlar da olub.
Və bu adamlar D.Baineslə ünsiyyət yaradıblar. Minlərlə insan D.Bainesə suallar göndərərək cavablandırmasını istəyiblər. O da gün ərzində bu suallara cavab verir, vaxtının böyük hissəsini sual-cavaba həsr edib. Bir müddət davam edən “pəri hekayəsi”nə həqiqətin ortaya çıxmasıyla son qoyulub. Əslində isə paylaşılan “pəri vücudu” fotosuna aludə olanlar böyük mənada dolandırılmışdı. İzləyicilər fotonun paylaşıldığı zamana heç diqqət etməyiblər. Foto isə məhz 1 aprel – dünya aldatma günündə paylaşılıb. Bununla D.Baines izləyiciləri ilə amansız zarafat edib. Onları əməlli-başlı ələ salıb. D.Baines, fotonu yaydıqdan sonra internet səhifəsində “göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Mənim kimi sizlər də pərilərin mövcudluğuna inansanız da, daxildə şübhələrinizin olduğunu da bilirəm.
Lakin şəkildə gördüyünüz bu cəsədi mən özüm hazırlamışam. O, saxtadır. Amma pərinin varlığına inanmağınız ömrünüzün sonunadək unutmayacağınız gözəl anlar kimi daim sizinlə qalacaq. Ümid edirəm, mənə qarşı kin bəsləməzsiniz, əsəbiləşənlərdənsə üzr istəyirəm. “Cottingley Pəriləri”nin bir yalan olduğu 50 il sonra üzə çıxdı.
Mənsə, sadəcə bir neçə gün vaxtınızı aldım”. Bununla belə hekayənin ən maraqlı hissəsi D.Bainesin saxta pəri cəsədini internet üzərindən aparılan auksionda 300 pounda (təxminən 10 min lirəyə) sata bilməsidir. D.Baines hətta etirafından sonra da ona mesajlar yazaraq pəri cəsədi barədə sual verənlərin olduğunu deyib: “İnsanlar özlərinin uydurduğu hekayələrə, əfsanələrə inanmaq istəyir, düşüncələrindən əl çəkmirlər. İnsanların qeyri-adi varlıqlara ehtiyacı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm