"Müsavatın başqanı İsa Qəmbər olacaq" - Rauf Arifoğlu
10:55 04.04.2024
Gündəm
1189
"Arif Hacılı və onun dəstəsi bizim qurduğumuz, yüksəltdiyimiz Müsavatı batırdı, gözdən saldı, parçaladı"
Məlum olduğu kimi Müsavat Partiyası qurultayını may ayına təyin edib. Martın 30-da qərargahda keçirilən iclasda bu barədə qərar verilib. Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı qurultayın günü ilə bağlı dəqiq məlumatın yaxınlarda veriləcəyini deyib. Sonuncu iclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Müsavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Divan üzvləri də Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çoxsaylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb. Məlumata görə, İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.
Keçmiş sədrin yenidən partiya rəhbərliyinə qayıtma ehtimalını "Sherg.az"a dəyərləndirən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib ki, İsa Qəmbərin Müsavat başqanlığına namizədliyinin irəli sürülməsinə etiraz etmədiyi göz önündədir.
Baş redaktorun sözlərinə görə, bu, o deməkdir ki, gələn ay Müsavatın başqanı İsa Qəmbər olacaq:
"Bunun partiyaya xeyiri olacaqmı? Düşünürəm ki, Arif Hacılı ilə İsa Qəmbər fərqi qədər Müsavata faydası olacaq. İsa Qəmbər Vətən müharibəsinin ilk anlarından başlayaraq dövlətin, Ali Baş Komandan başda olmaqla, ordunun, savaşan millətimizin yanında oldu. Çıxışları, təhlil və müraciətləri ilə ictimai rəyə doğru yön verdi. Görüşdüyü bütün xarici missiya və jurnalist heyəti ilə təmaslarında Azərbaycanın çıxarlarından çıxış etdi. Vətən Müharibəsindən sonrakı 3 ildə də təmkini və doğru yorumları ilə fərqləndi. O, fürsətçi Əli Kərimli kimi kompleksli deyil. Bəzən öz çevrəsinə xoş olmayan, amma doğru olan çıxışlardan, addımlardan da çəkinmir. Belə bir liderin yenidən Müsavatın başında olması Arif Hacılı kimi çığal və emosional, siyasətdə naşı birinin olmasından çox-çox faydalıdır".
R.Arifoğlu vurğulayıb ki, Arif Hacılı və onun komandası Müsavatı gözdən saldı:
"Arif Hacılı və onun dəstəsi rəhbərlik etdiyi son illərdə bizim qurduğumuz, yüksəltdiyimiz Müsavatı batırdı, gözdən saldı, parçaladı. Adamın miqyası nəydisə, Müsavatı da o səviyyəyə düşürtdü. Bizim də 26 illik zəhmətimizi puç etdi. Həyatını, sağlamlığını bu partiyaya həsr edən adamları "satqın", "xain" elan edib, təşkilatdan uzaqlaşdırdı. Bolşeviklər Müsavat üçün nə idilərsə, Arif Hacılı və dəstəsi də o oldu! Arayış satan dəllallar Musavatı Almaniyada və Azərbaycanda cinayət araşdırmasına məruz qoydular. Bu baxımdan, İsa Qəmbəri elə də yaxşı miras gözləmir. Amma onun gəlməsi Müsavat baxımından da, ölkənin siyasi mühiti baxımından da faydalı olacaq, deyə düşünürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya