Rusiya Orbanın səfərini Ukrayna ilə dialoqu bərpa etmək cəhdi kimi qəbul edir
14:44 05.07.2024
Dünya
462
Orbanla faydalı, səmimi söhbət olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstan Baş naziri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Putin deyib ki, Rusiya və Macarıstan mövcud çətin geosiyasi vəziyyətdə dialoqu davam etdirirlər, bu, vacibdir: "Rusiya və Macarıstan sağlam praqmatizm və qarşılıqlı fayda prinsipləri əsasında bir sıra sahələrdə əməkdaşlığı davam etdirirlər".
Putin qeyd edib ki, Orbanla aktual məsələlər, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıb, Ukraynada mümkün nizamlanma yollarını müzakirə edib: "Orban Kiyevə səfərindən və Ukrayna rəhbərliyi ilə təmaslarından danışıb. Orban Ukrayna ilə bağlı danışıqlara şərait yaratmaq üçün yanğını dayandırmağa çağırıb".
Putin bildirib ki, Rusiya Federasiyası Ukraynada nizamlanmanın müzakirəsinə açıqdır, lakin Kiyev bunu istəmir:
"Kiyev hərbi əməliyyatların dayandırılması fikrinə imkan vermir, çünki hərbi vəziyyətin uzadılması üçün bəhanə aradan qalxır".
Putin hesab edir ki, hərbi vəziyyət ləğv edilsə, seçkilər keçirilməli olacaq.
Rusiya lideri vurğulayıb ki, reytinqini itirmiş Ukrayna rəhbərliyinin seçkilərdə qalib gəlmək şansı sıfıra yaxındır: "Rusiya Federasiyası Ukraynadakı münaqişənin atəşkəs və ya pauza deyil, Moskvanın səsləndirdiyi şərtlərlə tamamilə dayandırılmasının tərəfdarıdır”.
Rusiya lideri diqqətə çatdırıb ki, bütövlükdə Orbanla danışıqlar vaxtında və hər iki tərəf üçün faydalı olub: "Orban danışıqlar zamanı əsasən Qərbin, o cümlədən Ukraynanın nəzər-nöqteyini təqdim edib".
Putin Ukrayna qoşunlarının Donbass və Novorossiyadan tam çıxarılmasını münaqişəyə son qoymağın şərtlərindən biri adlandırıb.
Onun sözlərinə görə, Rusiya Federasiyası Orbanın səfərini dialoqu bərpa etmək və ona əlavə təkan vermək cəhdi kimi qəbul edir.
Putin Rusiya ilə Aİ arasında münasibətlərdən də danışıb. O bildirib ki, Moskva ilə Brüssel arasında münasibətlər ən aşağı nöqtədədir.
O, Orbanla Avropada gələcək təhlükəsizlik arxitekturasının mümkün prinsiplərini müzakirə etdiyini əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
13:37 18.11.2026
Gündəm
İraq Baş naziri SEPAH-a xəbərdarlıq etdi
13:30 18.11.2026
Aktual
Trampın Çinə səfəri başlayıb
13:22 18.11.2026
Dünya
Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
13:15 18.11.2026
Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb
12:54 18.11.2026
Ekologiya
DYP Samuxda baş verən qəza ilə bağlı məlumat yaydı
12:47 18.11.2026
Hadisə
Hikmət Babaoğludan Zahid Oruca irad: Bu, doğru deyil
12:40 18.11.2026
Cəmiyyət
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
12:33 18.11.2026
Siyasət
Dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
12:29 18.11.2026
Sağlamlıq
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
12:22 18.11.2026
Gündəm
Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar
12:14 18.11.2026
Sağlamlıq
Hesablama Palatasının xərclərinə ayrılan vəsait artırılıb
12:12 18.11.2026
İqtisadiyyat
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir
12:04 18.11.2026
İqtisadiyyat
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:53 18.11.2026
İqtisadiyyat