Ukrayna münaqişəsi: Kallas heç kimin yadına düşmür

Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Rusiyaya qarşı siyasəti Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Avropa Birliyinin (AB) kənarda qalmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın “L'Antidiplomatico” (AD) nəşrində yayımlanan məqalədə deyilir.

Məqalədə vurğulanır ki, Kaya Kallas Brüssel diplomatiyasına rəhbərlik edir, lakin qitəni tükəndirən münaqişəyə son qoymaq üçün danışıqlara gəldikdə, o, sadəcə kənarda qalıb:

"Kallas orada deyil. Onun reaksiyası? Müqavilələrə yapışmaq və heç kimin qəbullanmadığı bir rol tələb etmək... Həqiqət isə budur ki, Avropa diplomatiyasının rəhbəri sözün ən hərfi və zərərli mənasında toxunulmaz hala gəlib".

Qeyd edək ki, K.Kallas Əbu-Dabidə danışıqlar qrupuna daxil edilməyib. Avropa Şurasının Prezidenti Antonio Koştanın sözlərinə görə, bu qrupa Fransa, Almaniya, Polşa, İtaliya və Böyük Britaniyadan milli təhlükəsizlik müşavirləri, eləcə də Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri daxildir.