
Siqaret və alkaqol stressi azaldır? -AÇIQLAMA
09:39 23.09.2024
Cəmiyyət
584
Bu gün dünyanın mübarizə apardığı problemlərdən biri də stressdir. Stress uşaqdan tutmuş böyüyə kimi hamıya asanlıqla təsir edə bilir. İnsanı insanlıqdan çıxaran hadisələrin baş verməsinin əsas səbəbi də elə stressdir. Kriminal hadisələr, qətllər, özünəqəsdlər, ailə münaqişələri, müxtəlif xəstəliklər - bunların hamısının kökündə stress durur. Bir çox insanlar alkoqolun və siqaretin həqiqətən stresi müalicə etdiyinə inanırlar.
Doğrudanmı,alkaqol və siqaret stresi aradan qaldırır? Ümumiyyətlə, stressi azaltmaq üçün hansı üsullardan istifadə edə bilərik?
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, alkoqol və siqaretin stresi müalicə etdiyinə dair inam geniş yayılıb, lakin bu yanlış düşüncədir:

''Alkoqol və nikotin bəzən qısa müddətə rahatlama hissi yarada bilər. Ancaq uzunmüddətli istifadə daha çox stress və narahatlığa səbəb olur. Həmçinin alkoqol beyin kimyasını dəyişərək depressiyaya və əsəb pozulmalarına gətirib çıxara bilər. Siqaret isə nikotin asılılığı yaratdığı üçün nikotin çatışmazlığı zamanı insan daha çox gərginlik hiss edir. Bu maddələrin qısamüddətli "rahatlama" verməsi sadəcə təxirəsalınmış, həqiqi stressi dərinləşdirən təsirdir. Stresslə effektiv mübarizə aparmaq üçün bir neçə elmi əsaslı üsullar mövcuddur. Məsələn, mütəmadi olaraq idmanla məşğul olmaq endorfin ifrazını artırır və stressi azaldır. Şüurlu şəkildə nəfəs alma və meditasiya da stress səviyyələrini dərhal kiçildir. Əlavə olaraq ailə və dostlarla ünsiyyət stressin idarə edilməsində vacib rol oynayır. Yetərli miqdarda və keyfiyyətli yuxu almaq bədənin stresslə mübarizə qabiliyyətini gücləndirir. Stressin səbəblərini anlamaq və ona qarşı effektiv strategiyalar yaratmaq üçün psixoloji yardım almaq faydalıdır. Bir sözlə, qeyd etdiyim üsullar insanın uzunmüddətli rifahına daha müsbət təsir göstərir və asılılıq yaratmır''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Reperdə çox sayda uşaq pornoqrafiyası tapıldı!
06:00 25.04.2026
Şou
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm