Məktubuna 48 il sonra cavab gəldi
Məktubuna 48 il sonra cavab gəldi
08:15 08.10.2024
Dünya
351
"Çox məyus oldum, çünki həqiqətən motosikletdə kaskadyor olmaq istəyirdim"
İngiltərədə Tizi Hodsonun başına gələnlər film kimidir.
“Sherg.az”“Milliyet.com.tr”yə istinadən xəbər verir ki, İngiltərədə yaşayan 70 yaşlı Tizi Hodson 1976-cı ildə iş üçün etdiyi müraciətə 48 il sonra cavab verilib. Tizi gənc yaşlarında motosiklet kaskadyoru olmaq istəyib və bununla bağlı yazdığı ərizəni konvertə qoyaraq poçt vasitəsilə göndərib. Linkolnşirdə yaşayan gənc qadının məktubu poçt tərəfindən qəbul edilsə də, poçt şöbəsində çəkməcənin arxasına düşərək 48 il müddətində orada ilişib qalıb. İnanılmazdır, lakin belə də olub. 48 il sonra bir poçt işçisi təsadüfən çəkməcənin arxasında nəsə olduğunu fərq edib. Bunun bir məktub olduğu bilinib. Göndərilən ünvana çatmayan orijinal məktub 48 il sonra Hodsonun özünə qaytarılıb. Beləliklə, Hodson məktubun aqibətini öyrənib. "Mən bu illər ərzində həmişə düşünürdüm ki, görəsən niyə məktubuma heç bir cavab verilmədi. İndi bunun səbəbini bilirəm", deyən T.Hodson söyləyib ki, həmin illərdə yaşadığı Londondakı mənzilində məktubu yazdığını açıq şəkildə xatırlayır: "Bu qədər müddətdən sonra onu geri almaq mənim üçün çox şey deməkdir". Bildirilir ki, məktubun yuxarı hissəsindəki əlyazma qeydində belə qeyd edilib: "Steyn poçt şöbəsi tərəfindən gec çatdırılıb. Çəkməcənin arxasında tapılıb. Yalnız təxminən 50 il gec". Cavab məktubunu böyük həvəslə və uzun müddət gözlədiyini qeyd edən Hodson, "Çox məyus oldum, çünki həqiqətən motosikletdə kaskadyor olmaq istəyirdim", deyib. Bu illər ərzində T.Hodson evini də, yaşadığı ölkələri də dəfələrlə dəyişib: "Məni necə tapdıqları sirrdir. Məktubu kim tapıb, mənim ünvanımı necə əldə ediblər, çox maraqlıdır. Amma bunun mənə faydası yoxdur. Artıq qocalmışam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə